Menu
Xəbər Lenti
14 sen 17:09Gündəm / Kriminal

Goranboyda maşını körpüdən aşıran sürücü öldü

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Qəza hərəkətdə olan “Hyundai” markalı avtomobilin idarəetmədən çıxması nəticəsində baş verib. Maşını körpüdən aşıran sürücü (şəxsiyyəti dəqiqləşdirilir) hadisə yerində ölüb.  
Faktla bağlı araşdırma aparılır.