Menu
Xəbər Lenti
Neft ucuzlaşdı
10-07-2020, 11:04

Neft ucuzlaşdı

Bu yerlərdə su olmayacaq
8-07-2020, 10:49

Bu yerlərdə su olmayacaq

25 iyn 10:20Gündəm / Kriminal

“Rahat” marketin işçiləri arasında dava - Biri bıçaqlanıb

Bakıda yerləşən “Rahat” supermarket şəbəkəsinin filiallarından birinin işçiləri arasında dava düşüb.
Xezertv.info “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 31-i gecə saat 23 radələrində baş verib. “Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Rahat” supermarketin işçiləri həmin TM-in arxa hissəsində mübahisə ediblər. Onlardan biri, İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayaraq xəsarət yetirib. 
Həmin zaman faktla bağlı Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İyunun 24-də cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub. Cinayət işi Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hazırda Narimanov RPİ-də istintaq davam etdirilir.