Menu
Xəbər Lenti
Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

22 iyn 09:34Gündəm / Kriminal

Prokurorluq Gəncədəki ölümlə bağlı məlumat yaydı

Gəncə Şəhər Prokurorluğu ötən gün ehtiyatsızlıqdan baş verən ölümlə bağlı məlumat yayıb. 
Xezertv.info “Qafqazinfo”ya istinadən daxil olan məlumata görə, iyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.