Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

24 Nis 06:49Manşet / Cəmiyyət / Dünya

ÜST uşaqlarda naməlum hepatit növünə yoluxma hallarını qəydə almaqda davam edir

ÜST uşaqlarda naməlum hepatit növünə yoluxma hallarını qəydə almaqda davam edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 ölkədə uşaqlar arasında mənşəyi məlum olmayan 169 kəskin hepatitə yoluxma halı aşkar edildiyini bildirib.
Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Məlumata görə, yoluxma hallarının əksəriyyəti (114 nəfər) Böyük Britaniyada qeydə alınıb.

Bildirilir ki, xəstələrin yaşı 1 aydan 16 yaşa qədər dəyişir. Onların təxminən 10 faizində qaraciyər transplantasiyasına ehtiyac duyulub. Təşkilata azı bir nəfərin adıçəkilən virusdan öldüyü barədə məlumat daxil olub.

Qurumdan bildirilib ki, bu halların heç birində hepatit A, B, C, E və D virusları aşkarlanmayıb. Molekulyar müayinə zamanı 74 halda adenovirus, 18 nəfərdə F qrupunun adenovirusu (41 tip) aşkar edilib. Test edilənlər arasında 20 nəfərdə koronavirus aşkarlanıb. Bundan əlavə, 19 nəfərin koronavirus və adenovirusa birgə yoluxduğu aşkarlanıb.