Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

19 noy 16:31Gündəm / İqtisadiyyat

Həftə sonları bu sahələr işləyəcək

Azərbaycanda xüsusi karantin rejimi müddətində həftə sonları bu sahələrdə işləyənlərin fəaliyyətinə icazə veriləcək.
Xezertv.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu xidmət sahələri Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına 1 nömrəli əlavə ilə müəyyən edilib.
Fəaliyyətinə icazə verilən sahələr:
1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
8. mühafizə xidmətləri.