Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

03 sen 12:24Gündəm / İqtisadiyyat

“AccessBank” mükafata layiq görüldü

“AccessBank” beynəlxalq ödəmələrin yüksək səviyyədə icrasına görə, növbəti dəfə nüfuzlu bank mükafatına layiq görülüb. Bank, artıq 2 il ardıcıl olaraq, "Raiffeisen Bank International AG" tərəfindən "STP Quality Award" mükafatı ilə təltif olunur.
Xezertv.info “Qafqazinfo”ya istinadən məlumatına görə, STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.
"AccessBank"ın ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova:”Belə nüfuzlu mükafata layiq görülməyimiz komandamızın peşəkarlıq səviyyəsinin və beynəlxalq ödənişlər sahəsinin yüksək tələblərinə cavab verməyimizin göstəricisidir. Bununla belə, müştərilərimizə daha yaxşı xidmət göstərməyimiz üçün daxili prosesləri daima təkmilləşdiririk.”
"AccessBank" müştərilərinə beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətləri təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmalar həyata keçirmə imkanı yaradır.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.