Menu
Xəbər Lenti
22 iyl 10:44Gündəm / İqtisadiyyat

“Rabitəbank”ın aktivləri 51% artıb

2020-ci ilin II rübünün açıqlanmış maliyyə göstəricilərinə əsasən, “Rabitəbank”ın aktivləri 926 mln manata çatmışdır. Bu keçən ilin analoji dövrü ilə müqayisədə 51.87% yəni 314 mln manat daha çoxdur. 2020-ci ilin ilk iki rübü ərzində Bank 9,3 mln manat əməliyyat mənfəəti əldə etmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% yəni 2,4 mln manat daha çoxdur.
Xezertv.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Rabitəbank”ın ticarət və investisiya qiymətli kağızlarına olan yatırımları da keçən ilin uyğun dövrü ilə müqayisədə 37%-lik artım göstərərək 54 mln manata çatmışdır. Bununla yanaşı, Bankın digər banklarda və maliyyə institutlarındakı depozitlərinin həcmi də analoji dövrlə müqayisədə 93% artaraq (və ya iki dəfə artaraq) 241 mln manata çatmışdır. Dayanıqlığı ilə seçilən Bankın, 2020-ci ilin ilk iki rübündə əmanət portfeli 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 63% daha çox, yəni 657 mln manat təşkil etmişdir.
Müştərilərə verilmiş kreditlərin həcmində də ciddi artım müşahidə edilmişdir. Belə ki, Bank istehlak, biznez və daşınmaz əmlak kreditləşməsində keçən ilin uyğun dövrü ilə müqayisədə 36 mln manat yəni 10% artaraq kreditləşmə həcmini 382 mln manata çatdırmışdır.
Qeyd edilən müsbət tendensiyaya uyğun olaraq, Bankın faiz və qeyri faiz gəlirləri də artmışdır. Belə ki, “Rabitəbank” 2020-ci ilin ilk iki rübü ərzində 22 mln manat faiz gəliri əldə etmişdir ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 13%-lik artım deməkdir. Bankın qeyri-faiz gəlirləri isə 34%-lik ciddi artım göstərərək 6,3 mln manata çatmışdır.
Bazara yeni məhsullar və rəqəmsal həllər təklif edən “Rabitəbank”ın innovativ mobil bankçılıq tətbiqi də, bu dövr ərzində 60.000 dəfədən çox yüklənmiş və müştərilərin maliyyə xidmətlərindən istifadəsini rahatlaşdırmışdır. Eyni zamanda Bank əsasən hüquqi şəxslər üçün nəzərdə tutulan və banka gəlmədən maliyyə əməliyyatlarının həyata keçirməyə imkan verən internet bankçılıq xidmətini istifadəyə rahat yeni tərtibatda müştərilərə təqdim etmişdir.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.