Menu
Xəbər Lenti
03 iyl 09:57Gündəm / İqtisadiyyat

Neft yenə ucuzlaşır

ABŞ-da sürətlə yayılan koronavirus infeksiyası fonunda tələbat narahatlığı səbəbindən neft qiymətləri aşağı düşüb.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ-da benzinin əsas istehlakçılarından olan cənub ştatlarında koronavirus epidemiyasının sürətlə yayılması neft qiymətlərinə təsirsiz ötüşməyib. Belə ki, “ICE London” birjasında “Brent” markalı neftin bir barrelinə olan sentyabr fyuçerslərinin qiyməti 42,72 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,42 dollar (1%) azdır.
Nyu-York Ticarət Birjasında (NYMEX) “WTI” markalı neftin avqust fyuçersləri isə 0,4 dollar (0,98%) azalaraq 40,25 dollardan satılıb.