Menu
Xəbər Lenti
Neft ucuzlaşdı
10-07-2020, 11:04

Neft ucuzlaşdı

Bu yerlərdə su olmayacaq
8-07-2020, 10:49

Bu yerlərdə su olmayacaq

23 iyn 10:06Gündəm / İqtisadiyyat

“Manatın effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb”

“COVID-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb”.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. O qeyd edib ki, son beş ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişir:
“Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var. Real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi vardır. Son dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib. Bu qərar inflyasiyanın və inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun qismən yaxşılaşması nəzərə alınmaqla, həmçinin investisiya fəallığının artırılması üçün qəbul edilib.
3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir”.