Xəbər Lenti
Bugün, 09:48
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır
Bugün, 08:36
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY
Bugün, 08:31
Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür”
Bugün, 08:28
Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”
18-04-2024, 08:42
Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Talabıqışlaq kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
13 Şub 22:56Cəmiyyət
DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv qəbul olunub
Azərbaycanın sosial sahədə brendi kimi beynəlxalq səviyyədə tanınaraq yüksək qiymətləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi dünyanın 164 ölkəsinin müvafiq qurumlarını özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) üzv qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, BSTA üzvü olaraq DOST Agentliyi bütün BSTA məhsullarına və xidmətlərinə (konfranslar, vebinarlar, peşəkar standartlar, potensialın gücləndirilməsi üzrə fəaliyyətlər və nəşrlər) birbaşa çıxış əldə edir. Bundan əlavə, üzvlük DOST Agentliyinə BSTA-nın Texniki Komissiyasının və regional strukturlarının fəaliyyətində iştirak imkanı yaradır.
Sosial müdafiə institutları, dövlət təşkilatları və agentlikləri üzrə dünyanın aparıcı təşkilatı olan BSTA hərtərəfli sosial təminatı, bu sahədə innovativ metodları və dəyərləri təbliğ edir. DOST Agentliyi əhaliyə çatdırılan xidmətlərin səviyyəsini və daxili prosedurları inkişaf etdirmək məqsədilə 2021-ci ildə BSTA-nın Tanınma Proqramına qoşulub.
Qeyd edək ki, Azərbaycanda son illər sosial sahədə aparılan islahatların uğurlu nəticələri BSTA tərəfindən yüksək qiymətləndirilir. Ötən il DOST Agentliyi və nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) digər beynəlxalq mükafatlarla yanaşı, BSTA-nın 4 mükafatı və 3 Mükəmməllik Sertifikatı ilə də təltif olunub. Bundan əlavə, “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsində üç layihə ilə iştirak edən DOST Agentliyi müsabiqənin qalibi olub.
Həmçinin keçən ilin oktyabr ayında DSMF sədri BSTA-nın Büro üzvü və Komitə sədri seçilib.
Təşkilat ölkəmizin son illərdə əldə etdiyi uğurlu sosial islahat təcrübəsinin digər ölkələrdə də tətbiqini təşviq edir.