Menu
Xəbər Lenti
12 Şub 22:38Cəmiyyət

Türkiyədə zəlzələdən zərər çəkmiş: Bizə Azərbaycanda tibbi yardım edildi, sığınacaq verildi

Həmin anlar gözlərimin önündən getmir. Zəlzələ baş verdiyi vaxt biz evdə idik. Evdən sadəcə övladlarımızı və ədyal götürüb küçəyə qaçdıq.

Bunu AZƏRTAC-a müsahibəsində Türkiyədə zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşı Ülviyyə Həsənova deyib.

Hadisə anını gözləri yaşlı danışan zərər çəkmiş 3 gün soyuqda küçədə qaldıqlarını bildirib: “Gedəcək yerimiz, sığınacaq verəsi qohumumuz yox idi. Evimiz gözlərimizin önündə uçub, dağıldı. Övladım dayanmadan ağlayırdı. Prezidentimiz İlham Əliyevdən Allah razı olsun. Azərbaycana gəldikdən sonra bizə tibbi yardım edildi və dövlət tərəfindən sığınacaq verildi. Burada çalışan həkimlərin diqqət və qayğısından çox razıyıq”.