Menu
Xəbər Lenti
09 Ock 20:16Hadisə

Qazaxıstanda donmaq təhlükəsi ilə üzləşən azərbaycanlı sürücü xilas edilib

Qazaxıstanın Kostanay vilayətində çöl yolunda donmaq təhlükəsi ilə üzləşən azərbaycanlı sürücü xilas edilib.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yanvarın 12-də saat 02:14-də Kostanay vilayətinin Fövqəladə Hallar Departamentinin Kamıştı rayonu şöbəsinə sürücünün donaraq ölmək təhlükəsi ilə üzləşdiyi barədə xəbər daxil olub. Təxminən bir saatdan sonra hadisə yerinə çatan xilasedicilər kimsəsiz yolda “VOLVO” markalı ağır tonnajlı avtomobili aşkarlayıblar.

Məlum olub ki, Azərbaycan vətəndaşı yük avtomobilində naviqatordan istifadə edərək Astanaya gedirmiş. Məsafəni qısaltmaq üçün çöl yolu ilə getməyi qərara alıb. Lakin dizel mühərriki temperaturun aşağı düşməsinə həssas olduğundan sönüb və maşın çöllükdə dayanıb.

Xilasedicilər azərbaycanlı sürücünü yaxınlıqdakı kəndə aparıb və gecələmək üçün oradakı yataqxanaya yerləşdiriblər.