Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

14 Ekm 18:41Manşet / İqtisadiyyat

Avtomobil mühərriki yağlarının qiyməti bahalaşıb

Avtomobil mühərriki yağlarının qiyməti bahalaşıb

Avtomobillər üçün mühərrik yağlarının qiyməti bahalaşıb. Bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Bu sahə üzrə fəaliyyət göstərən sahibkarlar qeyd edirlər ki, mühərrik yağlarının bahalaşmasının əsas səbəbi Ukraynada baş verən hadisələrdir. Belə ki, əvvəllər yerüstü müxtəlif nəqliyyat vasitələri ilə mühərrik yağlarının çoxu Avropadan Ukraynaya, sonra da Rusiyaya aparılır, ordan isə ölkəmizə gətirilirdi. İndi isə daha çox təyyarə vasitəsilə gəldiyindən qiymətlərdə artım var.

Məsələ ilə bağlı bu gün açıqlama verən avtomobil təmiri sahəsində tanınmış mütəxəssis, “Sahil usta” adı ilə tanınan Sahil Ağabəyli bildirib ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.

Onun sözlərinə görə, mühərrik yağların bahalaşmasının əsas səbəbi idxalçı ölkələrdə qiymətlərin artmasıdır.

"Mühərrik yağının bahalaşmasının səbəblərindən biri də daşınma xərclərinin artmasıdır. Qiymətlər son bir il ərzində 30%-dən çox bahalaşıb. Bu da istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım deməkdir", - deyə bildirib.