Menu
Xəbər Lenti
31 Tem 14:10Manşet / Cəmiyyət

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirilib

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən bildiriblər ki, imtahanda 357 nəfərin iştirakı nəzərdə tutulub.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

İmtahan Bakı şəhərində, 2 binada keçirilib. İmtahanın idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 33 nəzarətçi–müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.