Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

06 Nis 14:31Manşet / Cəmiyyət

20 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

20 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 20 minə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 11 100-dən çox şəxs münasib işlərlə təmin edilib. 4094 şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Həmçinin, Agentlik tərəfindən birinci rüb ərzində 731 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb.

Son üç ayda peşəyönümü məsləhət tədbirlərinə cəlb edilən şəxslərin sayı isə 4 minə yaxındır.