Menu
Xəbər Lenti
19 Mrt 12:15Manşet / İqtisadiyyat

YAP-ın gəlirləri 7 faiz artıb

YAP-ın gəlirləri 7 faiz artıb

Yeni Azərbaycan Partiyasının gəlir və xərcləri məlum olub.

Bu, YAP İdarə Heyətinin bu gün təsdiqlədiyi partiyanın maliyyə hesabatında yer alıb.
YAP-ın 2021-ci ildə gəlirləri 13 156 300 manat olub. Bu, 2020-ci illə müqayisədə 865 805 manat, yaxud 7 faizə qədər artıb. YAP-ın 2020-ci ildə gəliri 12 290 495 manat olub.

Partiyanın keçən il xərcləri isə 10 649 516 manat olub. Bu, 2020-ci illə müqayisədə 122 136 manat, yaxud 1,2 faiz çoxdur. 2020-ci ildə partiyanın xərcləri 10 527 380 manat olub.