Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

03 Şub 19:14Manşet / Mədəniyyət

Mingəçevir Dövlət Universitetinin tələbələri tamaşa nümayiş etdiriblər

Mingəçevir Dövlət Universitetinin tələbələri tamaşa nümayiş etdiriblər

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir Dövlət Dram Teatrında “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasını nümayiş etdiriblər.

MDU-dan bildirilib ki, MDU, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı, Mingəçevir Dövlət Dram Teatrının dəstəyi ilə baş tutan tamaşa Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunub.

Tələbələr Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni-Məşhur” əsərini müasirləşdirib və günümüzün hadisələri ilə əlqələndiriblər.

Gənclərin əsərə fərqli baxışları və ifaları tamaşaçılarda maraq doğurub.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin təhsil və elmi fəaliyyəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması və gücləndirilməsi məqsədilə müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.