Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

27 Ock 18:51Manşet / İdman

Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər

 Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər

Azərbaycan kikboksinqçiləri Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kikboksinq millimiz üçün ilin ilk mötəbər turnir sayılan İslamiadada hansı çəki dərəcələri üzrə yarışların keçiriləcəyi müəyyənləşib. Belə ki, idmançılar yarışda kikboksinqin 3 növü - “full kontakt”, “lou kik” və “point faytinq” üzrə mübarizə aparacaqlar. İlk 2 növ üzrə yarışlar rinqdə, “point faytinq” üzrə mübarizə isə tatamidə baş tutacaq.

“Full kontakt” və “lou kik” növlərinin hər biri üzrə kişilərdə 12, qadınlarda 6 çəki dərəcəsi üzrə qarşılaşmalar keçiriləcək.

“Point faytinq” üzrə isə kişilər 9, qadınlar isə 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də keçiriləcək. İslamiadada kikboksinq yarışları isə avqust 15-18-də baş tutacaq. Yarış üçün millimizin heyəti fevralın 22-24-də Bakıda keçiriləcək respublika çempionatından sonra müəyyənləşəcək.