Menu
Xəbər Lenti
22 sen 14:00Gündəm / İdman

Vidal rəsmən “İnter”də

“İnter” Arturo Vidalın komandaya keçidini açıqlayıb. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, çilili futbolçu A Seriyası təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Milan klubu 33 yaşlı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Vidal “Barselona”ya 2018-ci ildə 18 milyon avro qarşılığında “Bavariya”dan keçib.