Menu
Xəbər Lenti
15 sen 10:41Gündəm / İdman

İcra başçısı AİBA prezidentliyinə namizəd oldu

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidentliyinə namizəd olub.  Bu barədə “Qafqazinfo”ya boks federasiyasının mətbuat xidmətindən məlumat daxil olub. 
Bildirilir ki, dekabrın 12-13-də AİBA-nın növbədənkənar konqresi keçiriləcək. Orada beynəlxalq qurumun yeni rəhbərinin adına aydınlıq gələcək. Mikayılov da prezidentliyə əsas namizədlərdən biridir. 
Qeyd edək ki, 2019-cu ilin martında özbəkistanlı Qafur Rəhimovun prezident vəzifəsindən ayrılmasından sonra AİBA-ya müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan rəhbərlik edir.