Menu
Xəbər Lenti
13 sen 09:33Gündəm / İdman

“Avroliqaya vəsiqə qazanmaq niyyətindəyəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Xezertv.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı və gərgin oyun alındı. “Səbail” ilk turda “Neftçi” önündə əzmkar mübarizə apardı. Bilirdik ki, sona qədər oynayacaqlar. Vacib 3 xal qazandıq. Düşünürəm ki, bunun ardını gətirəcəyik. İlk oyunla müqayisədə bu gün daha yaxşı idik. Qarşıma hansısa hədəf qoymağı sevmirəm. Hər oyuna qələbə üçün çıxırıq. Komanda olaraq düzgün addımlar atmaq istəyirik. Həmişə hər şeyin ən yaxşısını istəmişəm. Mən də Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyəm. Hədəflərə düzgün oyunla çatmaq fikrindəyəm. Komanda şəklində yaxşı olmalı və düzgün futbol oynamalıyıq. Qələbə hər zaman şirindir, amma baxımlı oyun olanda daha yaxşı olur. Avropa arenasında daha yaxşı komandalar görə bilərik. İstəyirəm ki, komanda böyüsün. Çox keyfiyyətli futbolçularım var. Bizim komandada futbolumuzun gələcəyi olan oyunçular çoxdur. Oyunlarda daha inamlı və cəsurdurlar. Mən harada olursa-olsun, həmişə nəticə qazanmaq istəyirəm”.