Menu
Xəbər Lenti
12 sen 10:54Gündəm / İdman

“Səbail” “Zirə”yə qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutacaq.
“Səbail” doğma meydanda “Zirə” ilə qarşılaşacaq. Sözügedən komandalar yeni mövsümdə ilk qələbə üçün meydana çıxacaqlar.
İlk oyun günündə “Neftçi” evdə “Sumqayıt”a 0:2 hesabıyla uduzubsa, “Keşlə” – “Qarabağ” matçında qalib müəyyənləşməyib – 0:0. Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
2-ci tur
12 sentyabr
“Səbail” – “Zirə”
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
Bakı. “ASCO Arena”, 19:00.