Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

11 sen 10:46Gündəm / İdman

“Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilir. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olacaq.
11 sentyabr (cümə)
Azərbaycan Premyer Liqası
II tur
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"
21:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov
Bakı. "ASK Arena"
Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.