Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

15 Ağu 11:37Manşet / Gündəm

Türkiyəli mütəxəssis: “FETÖ-yə qarşı sistemli və davamlı mübarizə tədbirlərinin aparılması zəruridir”

 

“40 ilə yaxın bir müddətdə kök atan FETÖ terror təşkilatı bir çox dövlət və qeyri-dövlət təşkilatlarına sirayət edib. Bu səbəbdən hələ də təmizlənmə prosesi davam edir”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib.

O bildirib ki, müxtəlif vaxtlarda müəyyən mərhələlərlə aparılan mübarizə tədbirləri də bunu deməyə əsas verir:

“Fətullahçı terror təşkilatı ABŞ-nin də yardımı ilə 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd etdi, amma xalq-dövlət birliyi ilə bu terror təşkilatı və tərəfdarlarının cəhdlərinin qarşısı alındı. FETÖ eyni zamanda beynəlxalq işğalçı təşkilat olduğu üçün istər Türkiyədə, istərsə də başqa ölkələrdə müxtəlif qurumlara nüfuz edib. Bu səbəbdən də, uzunmüddətli, sistemli və davamlı mübarizə tədbirlərinin aparılması zəruridir. Hətta təkcə FETÖ terror təşkilatı olaraq deyil, bu təşkilatın başqa təriqətlərdə kök salması halları da mövcuddur. Bundan başqa, Türkiyədə çox sayda təriqətlər var ki, din pərdəsi altında təşkilatlanıb, ölkə üçün təhlükə mənbəyinə çevriliblər. Bütün bunlara baxmayaraq, Türkiyədə qərarverici qurumlar qətiyyətlə, səbirlə bu qruplaşmalara qarşı mübarizəsini davam etdirir”.

Ekspert deyib ki, siyasi partiyalarda da özünə yer edən FETÖ təşkilatı Türkiyədə əsasən müxalifət partiyalarını hədəfə alıb:

“Bu il Türkiyədə keçirilən prezident və parlament seçkilərində Qərbin müxalifətə dəstəyi özünü açıq-aşkar şəkildə büruzə verdi. Millət İttifaqına, xüsusilə də CHP liderinə verilən Qərb dəstəyi də siyasi partiyalarda özünə yer edən FETÖ qalıqlarının əli ilə baş tutdu. Bir daha hakimiyyəti devirmək xəyallarını yaşadılar. Amma yenə də növbəti dəfə səs çoxluğu ilə Prezident Ərdoğanı hakimiyyətdə saxlayan xalq onların bu xəyallarını puç etdi”.

Bizimlə əlaqə saxlayın