Menu
Xəbər Lenti
15 Ara 06:41Cəmiyyət

Balakəndə sakinlər qəhvəyi mərmər zərərvericiyə qarşı mübarizə ilə əlaqədar məlumatlandırılıb

Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə zərərvericilərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Balakən rayonunun Qullar kəndində təşkil olunan növbəti görüş qəhvəyi mərmər zərərverici ilə mübarizə işinin aparılmasına həsr edilib.

Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilən görüşdə sakinlər və təsərrüfat sahibləri qəhvəyi mərmər zərərverici və onunla mübarizə tədbirləri haqqında ətraflı məlumatlandırılıb. Qeyd olunub ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən zərərvericiyə Balakən, Zaqatala və Qax rayonlarının bəzi kəndlərində rast gəlinir. Qəhvəyi mərmər zərərverici meyvə və fındıq bağlarına, eləcə də tərəvəzçilik təsərrüfatlarına ciddi ziyan vurur. Ona görə də qışlamaya doğru zərərverici ilə mexaniki mübarizə aparılması zəruridir.

Görüşdə qəhvəyi mərmər zərərverici əyani olaraq görüş iştirakçılarına göstərilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin