Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

14 Ekm 17:30Manşet / Siyasət

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istisnasız olaraq bu mürəkkəb dövrdən qalib kimi çıxıb.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istisnasız olaraq bu mürəkkəb dövrdən qalib kimi çıxıb.


13 oktyabr 2022 ci ildə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər toplantıda iştirak edərək plenar iclasda çıxış edib.
Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal amilə çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, Azərbaycan Respublikasının beynəlxalq arenada qazandığı nüfuz və mükəmməl xarici siyasət kursu ölkəmizin diplomatik, iqtisadi və siyasi gücünü artırmaqdadır.
Praqa görüşünün ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində təmaslar Azərbaycanın “Köhnə qitə”dəki diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu. Təbii ki, Prezident İlham Əliyev milli maraqları rəhbər tutaraq bu ali platformanın imkanlarından maksimal şəkildə istifadə etdi. Dövlətimizin başçısı istər ikitərəfli görüşlərdə, istərsə də AQEM-in plenar iclasındakı tarixi çıxışında reallıqları bir daha bəyan edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ali tribunadan bütün dünyaya çatdırdı. Azərbaycan Prezidenti çıxışı və ifadə etdiyi fikirlərin əhəmiyyəti ilə iclasın auditoriyasının çoxtərkibli olması isə xüsusi çalar qatdı.
Prezident İlham Əliyev 6-cı Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirib. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 65 faiz artıb.
Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər isə onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək.
Azərbaycan xalqı və dövləti müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq arzusundadır. Ermənistan hökuməti və erməni xalqı başa düşməlidir ki, əbədi düşmənçilik heç bir ölkəyə fayda və başucalığı gətirmir. Tarix müharibə qızışdıranları hər zaman lənətləyibdir. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması hər iki tərəfə, bütövlükdə regiona xeyir və fayda gətirəcək. Azərbaycan sülh danışıqları üçün beş əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, hər iki tərəfi təmin edən ədalətli sülh müqaviləsi imzalanacaq və bunun nəticəsi olaraq bölgə sülh və əməkdaşlıq regionuna çevriləcək.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar türkdilli dövlətlər arasında əlaqələrin sürətli inkişafı ticarət dövriyyəsinin artmasına, siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaqdır.