Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

02 Nis 16:31Manşet / Siyasət

İtaliya-Azərbaycan Universiteti gələn ildən fəaliyyətə başlayacaq

İtaliya-Azərbaycan Universiteti gələn ildən fəaliyyətə başlayacaq

Tələbələr 2023-cü ildən İtaliya-Azərbaycan Universitetinin proqramı üzrə təhsil alacaqlar.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Tərəfdaş universitetlər tezliklə birgə təhsil proqramının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracaq və ümid edirik ki, tələbələr 2023-cü ildən onları öyrənəcəklər", - Bayramov bildirib.

Nazir qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir.

Qeyd edək ki, bu gün Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.