Menu
Xəbər Lenti
26 Mrt 17:01Manşet / Cəmiyyət

Bakıda Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılıb

Bakıda Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılıb

Bakıda BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılıb.

Bakı İdman Sarayında BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisinin 8-ci buraxılışının Hindistanın Azərbaycandakı səfiri cənab B.Vanlalvavna, Azərbaycan Respublikası Ekologiya Nazirinin müavini cənab Firdovsi Əliyev və Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir tərəfindən birgə rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri də iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Hindistanın səfiri B.Vanlalvavna tədbirin Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə Azadi Ka Amrit Mahotsav təşəbbüsü çərçivəsində keçirilən geniş tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğuyıb. O qeyd edib, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur. Pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir, səfir bildirib. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin ötən il ilə müqayisədə 27% artdığını və bu sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən Nazir müavini Firdovsi Əliyev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimadın bütün sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. O əlavə edib ki, ölkələrimiz arasında böyük iqtisadi potensial, hüquqi baza, əlverişli investisiya mühiti mövcuddur. O, bu ticarət tədbirinin və sərgisinin belə imkanların təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onun davamlı olaraq təşkil olunacağına ümid etdiyini bildirib.

Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir Hindistanın yun məhsulları üçün Azərbaycanda böyük potensialın olduğunu bildirib. O vurğulayıb ki, Hindistan məhsulları həm keyfiyyət, həm də kəmiyyət baxımından qlobal miqyasda rəqabətədavamlı olduğundan bu bazarda Hindistanın yun və digər tekstil məhsullarının, eləcə də əl işləri məmulatlarının payını artırmaq olar.

Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.

Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.