Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

22 Mrt 08:21Manşet / Elm-təhsil

Yer, Ay və Mars arasında yüksək sürətli internet çəkiləcək

Yer, Ay və Mars arasında yüksək sürətli internet çəkiləcək

ABŞ-dan olan “Aquarian Space” startapı Yer, Ay və Mars arasında yüksəksürətli internet bağlantısı yaratmaq üçün layihənin maliyyələşdirilməsini elan edib.

Layihənin investoru “Draper Associates” 4K təsvir ölçüsündə yayıma imkan verəcək genişzolaqlı kosmik internetin inkişafına 650 min dollar ayırıb.

Layihənin yaxın bir neçə il ərzində həyata keçirilməsi, müvafiq avadanlıqları daşıyacaq raketlərin 2024-cü ildə buraxılması planlaşdırılır.

“Solnet” adlanan şəbəkə mövcud yüksəksürətli peyk rabitəsi sistemləri vasitəsilə həyata keçiriləcək. Ötürmə sürəti saniyədə 100 meqabitə yaxın olacaq.