Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

19 noy 16:17Gündəm / Dünya

Dünən istefa vermişdi, bu gün Ermənistandakı yalanlardan danışdı

Ötən gün istefa verən Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan İkinci Qarabağ zamanı Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalan və dezinformasiya siyasəti ilə bağlı sensasion açıqlamalar verib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş Baş Qərargah rəisi olmuş Akopyan bu gün keçirilən mətbuat konfrasında Ermənistan rəhbərliyini müharibə dövründə yalan informasiya yaymaqda ittiham edib.
Akopyan bildirib ki, müharibənin 44 günü ərzində ölkəni dərin böhrana qərq edən yalanlar yayılıb.
“Məlumat mərkəzinin vəzifələrinə gəlincə, ancaq bir standart var - yalan məlumatlar həqiqi məlumatların 30% -dən çox olmamalıdır. Ermənistanda yalan 100% idi. Buna görə insanlar arasında, ordu arasında çoxsaylı suallar ortaya çıxırdı. Bütün ziddiyyətli fikirlər, ziddiyyətli məlumatlar buradan qaynaqlanırdı”,- deyə Akopyan qeyd edib.
Xatırladaq ki, Movses Hakobyan 2016-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində çalışıb.