Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

Yoluxanların sayı azaldı
22-11-2020, 12:15

Yoluxanların sayı azaldı

16 noy 10:37Gündəm / Dünya

“Normal həyat gələn ilin qışında olacaq”

“COVID- 19” virusuna qarşı vaksini tapan Türkiyə əsilli həkim Prof. Dr. Uğur Şahin normal həyata gələn ilin qışında qayıdacağımızı açıqlayıb.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə BBC-də yayımlanan “Andrew Marr Show” proqramında danışıb.
U. Şahin qeyd edib ki, vaksinin 90 faiz təsir etmə ehtimalı var, lakin virus tam olaraq 50 faiz insanda yox olacaq:
“Mən vaksindən əminəm. Bununla da, koronavirusun yayılmasının qarşısı alınacaq. Hər şey qaydasında olsa, vaksin bu qış sonu və gələn ilin əvvəlində istifadə olunacaq. Məqsədimiz odur ki, aprel ayınadək 300 milyon vaksin paylayaq. Normal həyat gələn ilin qışında olacaq. Hər kəsin vaksinlə təmin olunması isə gələn ilin payızında baş tutacaq”.
Qeyd edək ki, U. Şahin qısa müddət əvvəl xanımı Dr. Özlem Türeci ilə birlikdə koronavirus vaksinini ixtira etdiklərini açıqlamışdı. Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğunu bildirmişdi.