Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

Yoluxanların sayı azaldı
22-11-2020, 12:15

Yoluxanların sayı azaldı

16 noy 10:03Gündəm / Dünya

Şuşadan 150 erməni əsgərin cəsədi çıxarılıb

150 erməni əsgərin cəsədi Şuşa yaxınlığındakı ərazidən çıxarılıb.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “başçı”sı kimi təqdim edən Arayik Arutyunyan öz feysbuk səhifəsində məlumat verib.
“Çoxlu insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədləri sübut edir”,- deyə Arutyunyan qeyd edib.
O bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır ki, bu da qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradıb.
Bununla yanaşı Ermənistanda davam edən siyasi böhran separatçıların “rəhbər”ini də narahat edib. O, Ermənistandakı daxili sabitliyə təhdidlərdən narahat olduğunu qeyd edib.