Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

Yoluxanların sayı azaldı
22-11-2020, 12:15

Yoluxanların sayı azaldı

21 okt 12:19Gündəm / Dünya

Fransada müsəlman qadınlara irqçi hücum

Parisdə iki müsəlman qadına bıçaqlı hücum olub.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Eyfel Qülləsi yaxınlığında yerləşən mağazada alış-veriş edən Kenza (49) və Amel (46) adlı əlcəzairli qadınlar irqçilik edən digər iki qadın tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Həmin şəxslərin “Çirkli Ərəblər” deyə qışqırdığı bildirilib.
Polisin cinayətkarları nəzarətə götürdüyü və onların qətl cəhdində təqsirləndirildiyi açıqlanıb.
Xatırladaq ki, bir müddət öncə “Əl-Cəzirə” telekanalının saytında Fransa Prezidenti Emmanuel Makronun İslam dininin bu gün böhran yaşadığı barədə fikirləri və onun öz ölkəsində dünyəviliyi qorumaq planları ilə bağlı məqalə dərc olunmuş, onun fikirləri müsəlman fəallarının kəskin reaksiyası ilə nəticələnmişdi.