Menu
Xəbər Lenti
15 okt 09:42Gündəm / Dünya

Dünyada 29 milyondan çox insan koronavirusdan sağalıb

Dünyada koronavirusa qalib gələn xəstələrin sayı 29 milyon 129 min 637 nəfər təşkil edir.
Xezertv.info “Qafqazinfo”ya istinadən məlumatına görə, bu günə qədər 38 milyon 752 min 973 nəfər virusa yoluxub. 1 milyon 96 min 962 nəfər isə COVID-19-un qurbanı olub.
Virusa yoluxma üzrə ilk beşlikdə yer alan ölkələr: ABŞ (8 milyon 150 min 43 nəfər), Hindistan (7 milyon 307 min 97 nəfər), Braziliya (5 milyon 141 min 498 nəfər), Rusiya (1 milyon 340 min 4 nəfər) və İspaniya (937 min 311 nəfər).