Menu
Xəbər Lenti
DTX müraciət yaydı
19-10-2020, 11:15

DTX müraciət yaydı

12 okt 10:22Gündəm / Dünya

Emoməli Rəhmon 5-ci dəfə hakimiyyətə gəldi

Oktyabrın 11-də Tacikistanda keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Baxtier Xudoerzoda məlumat verib.
“İlkin nəticələrə görə, prezident seçkilərində seçicilərin 90,92%-i və ya 3,837 milyon nəfər iştirak edib. 85,39 % və ya 4,221 milyon seçici səsi nəticəsində hazırkı dövlət başçısı Emoməli Rəhmon qalib gəldi”, - deyə o bildirib.
Qeyd edək ki, prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparıb: hazırkı prezident Emoməli Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroc Abdulloyev (Kommunist Partiyası), Rustam Latifzoda (Aqrar Partiya), Rustam Rahmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist partiyası).
1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər.