Menu
Xəbər Lenti
14 sen 17:16Gündəm / Dünya

“Belarusun daxili işlərinə müdaxilə yolverilməzdir”

Rusiya Prezidenti Vladimir Putin Belarusun daxili işlərinə müdaxilə cəhdlərinin yolverilməz olduğunu bəyan edib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Putin bu barədə Fransa Prezidenti Emmanuel Makron ilə Belarus mövzusunu müzakirə edərkən bildirib.
“Belarus barədə fikir mübadiləsi aparılarkən, bu suveren dövlətin daxili işlərinə müdaxilə cəhdlərinin və qanuni hakimiyyət orqanlarına xarici təzyiqlərin yolverilməzliyinə dair prinsipial Rusiya mövqeyi təsdiqlənib”,- deyə rəsmi Moskvanın açıqlamasında qeyd olunub.