Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

12 sen 10:43Gündəm / Dünya

Gürcüstanda yoluxma sayı ilə bağlı ciddi artım

Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 158 nəfər artıb.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 075-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 363 nəfər sağalıb. Hazırda 5 882 nəfər karantində, 390 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.
Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.
Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
Bundan başqa, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşları 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.