Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

07 avq 10:38Gündəm / Dünya

Türkiyədə karantin yenidən bərpa olundu

Türkiyədə karantin tədbirləri yenidən tətbiq edilib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, bu gün saat 09:30-dan etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 kənd daxil olmaqla ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir.
Açıqlamada qeyd olunub ki, ölkədə koronavirus epidemiyası zamanı bu günə qədər 68 əyalət, 5 rayon (3 rayon və 2 rayon mərkəzi), 24 şəhər, 354 kənd, 352 məhəllə və 53 yaşayış məntəqəsi daxil olmaqla ümumilikdə 788 yaşayış məntəqəsində 623 766 nəfərə karantin tətbiq edilib.
Xatırladaq ki, Türkiyədə karantin rejimi iyulun 1-dən etibarən ləğv olunmuşdu. Ölkədə karantin rejiminin ləğvinə qədər gündəlik yoluxma sayı 1000-dən aşağı düşsə də son günlər də bu göstərici yenidən 1000-i keçmişdi. Mütəxəssislər xüsusilə Qurban bayramı ərəfəsində yaşanan toplu yığışma hallarının yoluxma sayının daha da artmasına yol açacağını proqnozlaşdırır.