Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK
Dün, 18:15

TƏBRİK EDİRİK

01 avq 10:52Gündəm / Dünya

Tramp Tiktoka qadağa qoymaq istəyir

ABŞ Prezidenti Donald Tramp, ABŞ-da Çin şirkətinə məxsus TikTok tətbiqinin istifadəsini qadağan etməyi planlaşdırır.
Xezertv.İnfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Hill" nəşri xəbər verib.  "TikToka gəldikdə, ABŞ-da bunu qadağan edəcəyik",-deyə Tramp açıqlamasında bildirib.
Trump, fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə etməklə və ya şənbə günü bir fərman imzalamaqla ABŞ-da tətbiqetməni rəsmi olaraq qadağan edə biləcəyini bildirib. Nəşrin verdiyi məlumata görə, Tramp həmçinin bildirib ki, o tətbiqin hər hansı bir ABŞ şirkəti tərəfindən alınması təklifini də dəstəkləmir.
Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ hökumətinin Çin sosial şəbəkəsi – “TikTok”a qarşı mümkün tədbirlər görməyə hazırlaşdığını açıqlamışdı.
ABŞ-ın İT nəhəngi "Microsoft" şirkəti isə TikTok-un alınması ilə bağlı Çinin "ByteDance"  şirkəti ilə danışıqlar apardığını bildirmişdi.