Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

17 Mrt 08:28Manşet / Gündəm

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq

 

Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməyi planlaşdırır.

Bu barədə aşpazın sahib olduğu “Alchemist” restoranı elan edib.

Bildirilir ki, ekspedisiya dünyanın ilk sıfır karbonlu kosmik gəmisi olan “Space Perspective Neptune”un göyərtəsində baş tutacaq.

“Onlar dəniz səviyyəsindən 100 000 fut (30 000 metr) hündürlükdə günəşin Yerin üzərindən çıxmasını seyr edərək şam edəcəklər”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilir ki, bu, kosmosun rəsmi sərhədini keçmək üçün kifayət etmir (o, 100 kilometr hündürlükdə təsdiq edilib), lakin mavi planetdən və onun digər tərəfindəki mütləq qaranlıqdan zövq almağa imkan verəcək.

Biletin dəyəri 450 min dollara olan gəmi altı turist üçün nəzərdə tutulub. Onlar hidrogenlə doldurulmuş “kosmik balon”da stratosferə qalxacaq. Səyahətin ümumilikdə altı saat çəkəcəyi vurğulanıb.

Səfərdə qonaqları 32 yaşlı aşpaz müşayiət edəcək. Yeməklərin əksəriyyəti elə kapsulda hazırlanacaq.

Kosmik səyahət üçün heç bir təlimə və ya təcrübəyə ehtiyac yoxdur.

Qeyd edək ki, “Alchemist” 2023-cü ildə dünyanın ən yaxşı restoranları siyahısında beşinci yerdə olub.

Mənbə: “Kreativ so zvezdoçkoy” “Telegram” kanalı