Menu
Xəbər Lenti
ÖMRÜN BARLI ÇAĞLARI
29-11-2022, 14:43

ÖMRÜN BARLI ÇAĞLARI

23 sen 07:32Gündəm / Dünya

Çin XİN: “Pekin Ukrayna böhranı zamanı fəaliyyətsiz qalmayacaq”

Çinin xarici işlər naziri Van İ bəyan edib ki, Çin Ukrayna böhranının tərəfi olmasa da, boş oturmaq fikrində də deyil.
Xarici diplomatiya departamentinin rəhbəri qeyd edib ki, bütün tərəflər Ukrayna böhranından dərs götürməlidir.
“Çin Ukrayna böhranının tərəfi deyil, lakin biz biganə tamaşaçı olmayacağıq və üstəlik, biz atəşə yanacaq tökmək fikrində deyilik. Biz sülh və danışıqların təşviqində həmişə israrlı və ardıcıl olmuşuq”, - deyə Van İnin macar həmkarı Peter Siyyarto ilə telefon danışığında bildirib.
Çinli nazir həmçinin tərəfləri davamlı sülhə nail olmaq üçün balanslaşdırılmış, səmərəli və davamlı Avropa təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə etməyə çağırıb.
Mənbə: Oxu.Az