Menu
Xəbər Lenti
04 Kas 07:50Manşet / Cəmiyyət

Oğuzda 22 yaşlı şəxs güllə yarası alıb

 

Oğuzda ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 4-ü, gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.