Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

19 Eyl 06:24Manşet / Dünya

Silikon döş implantlarının təhlükəli təsirləri açıqlandı

 

Silikon döş implantları olan qadınlarda immunitet sisteminin disfunksiyası inkişaf edə bilər. Bu isə qalxanabənzər vəzinin zədələnməsinə səbəb olur.

Rusiyanın Sankt-Peterburq Universitetinin Autoimmunitet Mozaika Laboratoriyasının alimləri apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.

Alimlər həm silikon implantlı, həm də silikon implantsız döş əməliyyatı keçirən 106 qadının immun və endokrin sistemlərinin vəziyyətini təhlil ediblər. Təhlillər müdaxilədən əvvəl, üç ay, altı ay və ondan bir il sonra aparılıb.

“Biz otoantikorların səviyyəsinin artması (qalxanabənzər vəzinin hormonları çoxaldır) fenomenini müəyyən etdik. Bu, yalnız silikon implantları olan xəstələrdə müşahidə olunub, implantsız əməliyyatlar qrupunda isə belə artım olmayıb”, - deyə tədqiqatın əsas müəllifi, plastik cərrah Valeri Zolotıx bildirib.

Qeyd edək ki, silikon implantlar ən çox yayılmış plastik cərrahiyyə növü olmasına baxmayaraq, onların təhlükəsizliyi hələ də mübahisəli məsələdir.

Mənbə: Oxu.Az