Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

19 Eyl 06:03Manşet / Dünya

Yaşlıları cavanlaşdıran və sağlamlıqlarını bərpa edən dərman tapılıb

 

Senolitik dərmanlar yaşlı donorlardan orqan qəbul edən xəstələrdə fiziki və koqnitiv pozğunluğun inkişafın qarşısını alır.

Bu barədə Harvard Tibb Məktəbinin və Meyo Klinikasının alimləri müəyyən ediblər.

Onlar siçanlar üzərində təcrübədən sonra bu qərara gəliblər.

Belə ki, gənc (üç aylıq) və yaşlı (18-21 aylıq) siçanların ürəklərini gənc fərdlərə köçürülüb. Təcrübədən sonra yaşlı ürəkləri qəbul edənlərin limfa düyünlərində, qaraciyərlərində və əzələlərində qocalmış hüceyrələrin sayında artım görünüb. Yaşlı orqanların transplantasiyası təkcə ciddi fiziki deyil, həm də koqnitiv pozğunluqlara gətirib çıxarıb.

Alimlər müəyyən ediblər ki, senolitiklərin qəbulu bu problemlərin qarşısını ala bilər. Transplantasiyadan əvvəl qoca heyvanlara verilən “dasatinib” və “kvertsetin” preparatları qocalmış hüceyrələrin sayını xeyli azaldıb və gəmiricilərin fiziki sağlamlığını yaxşılaşdırıb.

“Donor yaşı transplantasiyanın uğurlu olmasında mühüm rol oynayır, çünki yaşlı orqanların resipiyentləri daha pis nəticələrlə üzləşirlər. Bununla belə, yaşlı donor orqanların istifadəsi qlobal orqan çatışmazlığını həll etmək üçün vacibdir. Bu tədqiqat yaşlı orqanların istifadəsi ilə bağlı fundamental problemləri və potensial həll yollarını göstərir”, - deyə tədqiqat müəllifi Maksimilian J.Rozel bildirib.

Mənbə: Oxu.Az