Menu
Xəbər Lenti
12 Ağu 19:26Manşet / Gündəm

Zakir Fərəcovu məhkəməlik edən bacısı oğlu bankdan külli miqdarda kredit götürübmüş – Görün, nəyə xərclənib

 

“Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəSumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır. 

Gununsesi.info 32gun.az-a istinadən xəbər verir ki, Azərbaycan Qanunvericiliyini kobud şəkildə pozaraq rəhbərlik etdiyi dövlət icra orqanının tabeliyindəki MMC-yə öz bacısı oğlunu təyin edib.

Saytımıza daxil olan məlumata görə, İcra baçısının bacısı oğlu Elgiz Fərəcov Novruz oğlu “Sumqayıt Nəqliyyat-1” MMC-yə rəhbər rəhbər təyin olduqdan sonra  şəhərin nəqliyyat təsərrüfatının yenilənməsi adı ilə sözügedən bankdan külli miqdarda kredit götürüb.


Amma buna baxmayaraq Sumqayıt əhırində hələ də Ziya Məmmədovun dövründə alınana, istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir.  Götürülən kreditin aqibətindən isə heç bir  xəbər yoxdur.

Ehtimal edilir ki, sözügedən vəsaitin böyük hissəsi  zakir fərəcovun qeyri-rəsmi özünəməxsus biznes obyektlərinin tikintisi təmirinə xərclənib.

Qeyd edək ki, İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək. Ehtimal olunur ki, odəniş olması üçün vaxt təyin ediləcək.

Xatırladaq ki, KİV-də yayılan məlumata görə, Fərəcovlar ailəsinin biznes imperiyasını təqdim edir: 

RESTORAN və OBYEKTLƏR:

Sumqayıtda “Şahənə” şadıq sarayı

Novxanıda dəniz kənarında “Kalyon” restoranı

Yeni Bulvar ərazisində “Dəniz”restoranı

Sumqayıtın girişində OS- OİL

Sumqayıtda “İST” petrol (50% onundur)

Sumqayıtda “Səda Store”

13-cü mikr-da “Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik)

Sumqayıt bulvarına bitişik yaşayış massivi

Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı

Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı

Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı

Qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi

“Kimyaçılar” sarayı qarşısındakı “Zəfəran” restoranı

MƏNZİL və VİLLALAR:

Qurd dərəsi və Novxanı bağlarında 6 villası

Corat kəndində 1 villası

İzmirin Kuşadasında villası

Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil

Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil

Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa

Novxanıda hektarlarla bağ sahəsi

Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

ŞİRKƏTLƏR:

“Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)

“LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)

“RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)

“Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)

Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.

QOHUMLUQLAR:

Qardaşı millət vəkili Nazim Fərəcov

Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov

Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır)

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov

Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov

Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə

Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı

Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.

Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyev. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev

Qardaşının qudası Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov

Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. “NORF” adlı içkilər buraxır.

Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.

Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır.

Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.” / Araz.az

 

Tərcümə: Arzu

Gununsesi.info