Menu
Xəbər Lenti
17 okt 09:34Gündəm / Bölgə

“Gəncə camaatı çox mətindir, heç bir panika yoxdur”

Nazir Kəmaləddin Heydərov Gəncə şəhərində hadisə yerində müsahibə verib.
Xezertv.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, K.Heydərov bildirib ki, bu, erməni vəhşiliyinin, vandalizminin nəticəsidir: “Təkcə Gəncə şəhəri deyil, digər yaşayış məntəqələrimizi də vururlar. Burada heç bir hərbi obyekt yoxdur, əhalinin çox yaşadığı yerdir. Camaat çox mətindir, özlərini qətiyyətli aparırlar. Heç bir panika yoxdur. Hazırda Ermənistan öz dərsini alır, Azərbaycan Ordusu qətiyyətli irəliləyişlər edir. Azərbaycan xalqı Ali Baş Komandanı dəstəkləyir və Ali Baş Komanda tarix yazır. Biz də xoşbəxt adamlarıq ki, o tarixi birgə yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.