Menu
Xəbər Lenti
13 sen 09:15Gündəm / Bölgə

İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Xezertv.info "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 
"Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda deyilir.