Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

05 sen 11:20Gündəm / Bölgə

Sabirabadda arvadını öldürən 81 yaşlı kişi tutuldu

Sabirabadda 81 yaşlı kişinin 44 yaşlı arvadını öldürməsi ilə bağlı rəsmi açıqlama verilib. 
Sabirabad rayon prokurorluğundan  verilən məlumata görə, sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1976-cı il təvəllüdlü Mətanət Nuriyeva bıçaqlanaraq öldürülüb. 
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin əri 1939-cu il təvəllüdlü Yaqub Eyyubovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Mətanət Nuriyevaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Yaqub Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

“Qafqazinfo”