Menu
Xəbər Lenti
Neft yenə ucuzlaşır
4-07-2020, 10:32

Neft yenə ucuzlaşır

Neft yenə ucuzlaşır
3-07-2020, 09:57

Neft yenə ucuzlaşır

Günel ikinci dəfə ana oldu
30-06-2020, 10:30

Günel ikinci dəfə ana oldu

17 iyn 09:05Gündəm / Bölgə

Gəlinin öldürülməsi, nəvələrinin bıçaqlanması haqda rəsmi məlumat

Gəncə Şəhər Prokurorluğu ötən gün baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb. 
Xezertv.info “Qafqazinfo”ya istinadən daxil olan açıqlamada deyilir ki, iyunun 16-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, 1950-ci il təvəllüdlü Mahir Quliyevin ailə məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri – 2006-cı il təvəllüdlü Malik və 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. 
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. 
İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.