Menu
Xəbər Lenti
Neft ucuzlaşdı
10-07-2020, 11:04

Neft ucuzlaşdı

Bu yerlərdə su olmayacaq
8-07-2020, 10:49

Bu yerlərdə su olmayacaq

16 iyn 09:29Gündəm / Bölgə

Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı

Salyanda balıq gölünün kənarında meyit tapılıb. 
Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub. 
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb. 
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. 
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 “Qafqazinfo”